Məşhur kardioloq infarktın yaxınlaşdığını göstərən əlaməti açıqladı

  • 2024.07.09 19:33
  • 725 Baxış
Məşhur kardioloq infarktın yaxınlaşdığını göstərən əlaməti  açıqladı
Sadə bir qan testi ilə infarkt və insult riskinizin nə qədər yüksək olduğunu öyrənə bilərsiniz.

Medicina.az xəbər verir ki, bunu kardioloq, tibb elmləri doktoru Olqa Bokeriya deyib.

“Bir çox xəstə məndən homosistein testinin nə üçün lazım olduğunu soruşur. Homosistein, onu digər amin turşularına çevirməli olan ferment düzgün işləmədiyi təqdirdə bədəndə toplana bilən bir amin turşusudur. Bu, irsi xəstəliklə, alkoqolizmlə, eləcə də bəzi sistem xəstəlikləri ilə bağlı ola bilər”, - deyə professor “Telegram” kanalında izah edib.

O qeyd edib ki, bundan əlavə, insanda B6, B12 vitaminləri və fol turşusu çatışmazlığı olduqda da bu amin turşusunun səviyyəsi arta bilər.

“Homosistein təhlükəlidir, çünki bədəndə yığılaraq damarların daxili divarını - endoteli zədələyir və nəticədə ateroskleroz və tromboz inkişaf etməyə başlayır. Bir çox insanın düşündüyü kimi, homosistein xolesterol səviyyələrinə təsir etmir, lakin yüksək səviyyələr erkən arterial tromboza - infarkt və insulta səbəb olur", - deyə professor diqqətə çatdırıb.

Olqa Bokeriya vurğulayıb ki, buna görə də, 50 yaş civarında ailəsində qəfil insult və infarkt hadisələri olanlar homosistein səviyyələrini yoxlatsalar, yaxşı olar.

“Çünki bu, yaxınlaşan damar problemlərinin əlaməti ola bilər. Analizlərin nəticələri sisteminiz necə işlədiyini göstərəcək. Riskli vəziyyət varsa, həkiminiz vaxtında müdaxilə edə və müalicə təyin edə biləcək”, - Olqa Bokeriya vurğulayıb.


Aysel