Məşhur rejissor evtanaziya yolunu seçərək vəfat etdi

  • 2022.09.13 19:03
  • 1329 Baxış
Məşhur rejissor evtanaziya yolunu seçərək  vəfat etdi

Məşhur fransız rejissoru Jan-Lük Qodar 91 yaşında vəfat edib.


Onun yaxınları rejissorun evtanaziya yolu ilə könüllü surətdə həyatdan köçdüyünü bildiriblər.

Prosedur rəsmən icazə olan İsveçrədə keçirilib.

Qeyd edək ki, Qodar kino sənayesində “Yeni dalğa” cərəyanının əsasını qoyan rejissorlardan biri hesab olunurdu. O, “Son nəfəsdə” “Kiçik əsgər” kimi çoxsaylı ekran əsərləri ilə tanınırdı.

Qeyd edək ki, Alen Delon da bu yolla vəfat etmək istədiyini bildirirərək, müraciət edib

Aygün