Məşhur rus aparıcısında xərçəng aşkarlandı

  • 2023.10.06 17:24
  • 2237 Baxış
Məşhur rus aparıcısında xərçəng  aşkarlandı


Sovet illərindən məşhur “Heyvanlar aləmində” proqramının aparıcısı, zooloq Nikolay Drozdovda onkoloji xəstəlik aşkarlanıb.

“Medicina” xəbər verir ki, son zamanlar 86 yaşlı Drezdovun səhhəti pisləşirdi və o bir müddət xəstəxanada yatmışdı.
Drezdovda prostat vəzi xərçəngi tapılıb. Vəziyyəti pisləşdirən xəstənin ürək xəstəliyi və təzyiqidir.

Həkimlər hələ ki, ona 1 kurs kimyaterapiya təyin ediblər.

Avqustun 30-u Drozdov özü əməliyyat olunduğunu açıqlayıb. Amma o ümumi narkozdan imtina edərək, yerli anesteziyanı seçib.

Aygün Musayeva