Meymunçiçəyi daha bir ölkəyə çatdı

  • 2022.06.13 14:13
  • 3804 Baxış
Meymunçiçəyi daha bir ölkəyə çatdı

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlanıb.


Medicina.az xəbər verir ki, Venesuelanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Virusa yoluxan şəxs Venesuelaya səfərə gələn ispaniyalı turistdir.

Məlum olub ki, ölkəyə İspaniyanın paytaxtı Madriddən gələn xəstə Barselonada iki yoluxmuş şəxslə təmasda olub.

O, dərhal təcrid olunub, müvafiq analizlər aparılıb və nəticə müsbət olub.

Xəstənin vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Polşada da bu virusa ilk yoluxma faktı aşkarlanıb.