Meymunçiçəyinin hədəfi 40 yaşa qədər kişilərdir

  • 09 İyn 2022 16:04
  • 1073 Baxış
Meymunçiçəyinin hədəfi 40 yaşa qədər kişilərdir


COVID-19 daha çox yaşlı nəsil, xroniki xəstəliyi olanlar hədəfləmişdi. İtkilər də bu yaş qrupunda oldu. Meymunçiçəyində isə əksinə gənc qrup risk altındadır.


Bakupost.az xəbər verir ki, bunu tibb elmləri doktoru Sergey Çudakov deyib.

Risk zonasında gənc insanlar, 40 yaşa qədər kişilərdir.

“SSRİ-də sonuncu dəfə çiçək peyvəndi olunan nəslin indi 42 yaşı var. Deməli, 50-60-70 yaşlı insanlarda immunitet var, onlar hətta peyvənd olunsalar da xəstəliyi canlı olaraq da keçiriblər.

Avropada xəstələnənlərin 80%-i gənc kişilərdir. Hələ yaşlı xəstə yoxdur. Ola bilər ki, sıfırıncı ilk xəstə də kişi olub. O, afrikalı turistlə kontaktda olub. Meymunçiçəyinə yoluxmaq üçün çox yaxın fiziki ünsiyyət lazımdır, bu üsul da cinsi yoldur. Daha çox cinsi əlaqədə olan kateqoriya da gənc kişilərdir.

Ona görə də meymunçiçəyi epidemiya halını alarsa, əsas yoluxanlar gənclər olacaq. Onların da xroniki xəstəliyi az olduğu üçün çoxsaylı ölüm riski gözləmirəm. Bu kovid kimi olmayacaq”, - deyə o, vurğulayıb.