İsti suya meyvə atıb içmək olarmı?

  • 2024.04.02 19:20
  • 433 Baxış
İsti suya meyvə atıb içmək olarmı?
Meyvə əlavə edilmiş sular meyvə şirələrindən faydalıdır.

Medicina.az xəbər verir ki, bu barədə ABŞ-nin Kolorado Tibb Mərkəzindən dietoloq Teylor Qrasso bildirib.

O, içməli suya meyvə, giləmeyvə və tərəvəz əlavə etməyin suyun dadını yaxşılaşdırdığını, bunun da insanı müntəzəm olaraq gündəlik maye qəbulunu artırmağa təşviq edə biləcəyini deyib.

Onun fikrincə, faydalı olduğu düşünülən, lakin şəkərələ dolu olduğu üçün zərərli içkilər arasına əlavə edilməli olan meyvə şirələrindən fərqli olaraq meyvəli su orqanizmə dolayı yolla fayda verir.

Dietoloq bildirir ki, suya adətən limon, laym, portağal kimi meyvələr, tərəvəz olaraq isə daha çox xiyar əlavə olunur. Lakin buraya çiyələk, qaragilə kimi meyvələri də daxil etmək olar. Bu meyvələr xoş dada malik olmaqla yanaşı vitaminlərlə zəngindir.


Aysel