Mikayıl Cabbarovun qoluna nə olub? - FOTOLAR

  • 2023.12.21 12:05
  • 2389 Baxış
Mikayıl Cabbarovun qoluna nə olub? -  FOTOLAR
Bu gün “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov diqqət çəkib.

Medicina.az Bakupost-a istinadla xəbər verir ki, forumda iştirak edən nazirin qolunun bandajda olduğu görünüb.

Görünür, nazrin qolu ya qırılıb, ya da ağır zədə alıb.


Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” işinə başlayıb.

Türkiyənin Ticarət naziri Ömer Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçirilən forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi -TÜİB-in birgə təşkilatçılığı ilə baş tutub.