Moskvada karantin ləğv olunur

  • 2020.06.08 16:34
  • 1810 Baxış
Moskvada karantin ləğv olunur

İyunun 9-dan etibarən Moskva şəhərində karantin rejimi və icazə sistemi ləğv olunur.

Medicina.az xəbər verir ki, bu barədə Moskva İctimai Palatasının sədri Konstantin Remçukov açıqlama verib:


“Artıq sabah, 9 iyundan etibarən özünü təcrid etmək, icazəli rejim və gəzinti cədvəli ləğv edilir”.

Paytaxt meri Sergey Sobyanin də şəxsi bloqunda bu məlumatı təsdiqləyib. “65 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlar da daxil olmaqla şəhər sakinləri məhdudiyyət olmadan küçəyə çıxa və ictimai yerləri ziyarət edə bilərlər”, - deyə bildirib.