Moskvada koronavirusdan ölənlərin sayı 2 624 nəfərə çatıb

  • 2020.06.02 00:03
  • 24694 Baxış
Moskvada koronavirusdan ölənlərin sayı   2 624 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 71 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 71 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 624 nəfər koronavirusdan ölüb.