Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müalicəsi çox çətin olan xərçəng növləri

  • 2025.05.03 19:27
  • 182 Baxış
Müalicəsi çox çətin olan xərçəng növləri

Kolorektal – yoğun bağırsaq xərçəngin diaqnostikası da, müalicəsi də çətin olaraq qalır.


“Medicina” xəbər verir ki, əczaçılıq şirkətinin onkologiya üzrə vitse-prezidenti Larisa Smirnova bildirib ki, dərmanların hazırlanmasında irəliləyişlərə baxmayaraq, xərçəngin bəzi növlərini müalicə etmək çətindir. ğ

“Kolorektal xərçəngin müalicəsi problemi hələ də tam həllini tapmayıb. Bu növ tez-tez rast gəlinir, ona görə də böyük problem yaradır.

Mədə və mədəaltı vəzi xərçənginin müalicəsi çətin olaraq qalır.

20 il əvvəl melanoma ölümcül xəstəlik hesab olunurdu, lakin müasir immuno-onkoloji dərmanların meydana çıxması ilə vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi və müalicədən sonra insan uzun müddət yaşaya bilər”.

Mütəxəssis deyir ki, xəstələr süd vəzi və prostat xərçəngindən sağalmağa başlayıb, əvvəllər çox ciddi diaqnoz olan ağciyər xərçənginin müalicəsində irəliləyişlər əldə olunub.


Aygün Musayeva