"Mutasiyaya uğradıqca, koronavirus təhlükə yaratmır” - ÜST

  • 2020.06.04 15:40
  • 1350 Baxış
"Mutasiyaya uğradıqca, koronavirus təhlükə yaratmır”   - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti koronavirusun zaman keçdikcə mutasiyaya uğraması və getdikcə daha təhlükəli olması barədə yayılan fikirləri əsassız adlandırıb.


Epidemioloq Maria Van Kerkhov virusun, oxşar xəstəliklər, məsələn, qripdə olduğu kimi, normal həddə dəyişdiyini deyib:

“Xəstəliyin daha yoluxucu və ya həyat üçün təhlükəli hala gəldiyinə dair heç bir dəlil yoxdur”.

Bununla yanaşı, mütəxəssis pandemiyanın bitməsinə hələ çox qaldığını bildirib.

Onun fikrincə, virusun yayılması ilə uğurla mübarizə aparmaq üçün ruhdan düşmək və məhdudiyyətləri aradan qaldırmaq olmaz.