Mütəxəssislərdən zəhərlənmə ilə bağlı XƏBƏRDARLIQ: Bu məhsulları almayın!

  • 2021.06.21 15:01
  • 1162 Baxış
Mütəxəssislərdən zəhərlənmə ilə bağlı XƏBƏRDARLIQ:  Bu məhsulları almayın!
ÜST-ün statistikasına görə, dünyada hər il təxminən 600 milyon insan qidadan zəhərlənir. Qida zəhərlənməsi ən çox ət, süd, dəniz məhsulları və yumurtalardan olur.

Medicina.az xəbər verir ki, zəhərlənmə qidanı yedikdən orta hesabla yarım və 72 saat ərzində bulantı, qusma, sulu və ya qanlı ishal, qarın ağrısı, temperatur kimi əlamətlərlə özünü göstərir.

Məsləhətlər:

Əllərinizi tez-tez yuyun!

Əllərimiz gün ərzində xəstəliyə səbəb olan viruslarla təmasda olur. Bunun nəticəsində də əllərimizdən bir çox xəstəliklər keçir. Bişmiş və ya bişməmiş qidaya toxunmazdan əvvəl əllərinizi ən azı 20 saniyə boyunca mütləq sabunlu su ilə yuyun.



Çiy ətləri digər qidalardan uzaq tutun

Alış-veriş edərkən, yeməkləri hazırlayarkən və ya saxlayarkən çiy qırmızı ətləri, toyun ətlərindən, balıq və ya digər dəniz məhsullarından uzaq tutun. Çünki çiy ətlərin yaydığı bakteriyalar asanlıqla digər meyvə və tərəvəzlərə keçə bilər. Eyni zamanda, əti kəsdiyiniz taxta ilə tərəvəzi kəsdiyiniz taxtanı ayrı saxlayın. Yenə ət kəsdiyiniz bıçaqları, əti qoyduğunuz yerləri və əllərinizi yemək bişirməzdən əvvəl mütləq sabunlu su ilə yuyun.

Otaq temperaturunda açılmasını gözləməyin

Yüksək temperaturlara davamlı olmayan qidaları (qırmızı ət, quş əti, balıq, süd, pendir ...) uzun müddət orta hesabla 5 dərəcədən yuxarı temperaturda saxlamayın.

Otaq istiliyi 21-22 dərəcədir və bu mühitdəki qidalar çöldə olduqları müddətdə sürətlə zərərli bakteriyalar yayır. Buna görə də buzluqdan çıxartdığınız donmuş ətlərin otaq istiliyində açılmasını gözləməyin. Donmuş əti bişirməzdən 1 gün əvvəl soyuducuda açılmağa qoyun. Əgər təcili olarsa mikrodalğalı sobada açıb, sonra bişirin. Əgər mikrodalğalı sobanız yoxdursa, ilıq suya qoyub, dərhal bışırın. Digər önəmli məsələ isə açılan ətlərin yenidən dondurulmamasıdır.



Soyuducunuzu çox doldurmayın

Soyuducuda qidaları rahat şəkildə yerləşdirməlisiniz. Çünki çox doldurduğunuz zaman içəridə soyuq hava hər qidaya eyni dərəcədə təsir etməz. Bunun nəticəsində qidalarda bakteriyalar çoxalar.

Soyuducuda 1-2 saatdan çox ət saxlamayın

Xüsusilə qırmızı ət və toyuq kimi ət növlərini soyuducuda 1-2 saatdan çox gözlətməyin. Ya bişirin, ya da dondurucuya qoyun. Əks təqdirdə qida zəhərlənməsinə yol açar.

Son istifadə tarixinə diqqət edin!

Görünüşü dəyişməsə belə bütün qidaların son istifadə tarixinə baxın.

Məhsulların qutularına fikir verin!

Konserv qutuların zərbəli, şişmiş və ya çatlı olmamasına diqqət edin. Və bu məhsulları almayın. Evdə hazırlanan konservalara hava keçməməlidir. Çünki hava almış konservalar da zəhərlənməyə yol açar.



Yumurtanı soyuducuya yerləşdirərkən yumayın

Yumurtanı əsla yuyub yerləşdirməyin. Bunun səbəbi yuduqdan sonra yumurta qabığının üzərindəki məsamələrin açılması, xəstəliyə səbəb olan mikroorqanizmlərin yumurtaya keçməsidir.

Ətlər yaxşı bişmiş olmalıdır

Kolbasa, basdırma, çiy köftə və ya az bişirilmiş ətlər də bakteriyaların yayılması baxımından risklidir. Buna görə də bakteriyaların yox olması üçün ətlər yaxşı bişirilməlidir.