Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
Medicina.az xəbər verir ki, , bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir müddətdir komada idi.
Qeyd edək ki, Hüseynov Fazil Kamil oğlu 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.
Mərhumun iki oğlu, bir qızı var. Oğlu Azər Hüseynov Daxili İşlər Nazirliyində çalışır. Polkovnik-leytenantdır.