Bu gün nazik və seyrək saçlar həm kişilər, həm də qadınlar üçün böyük problemə çevrilib.
Medicina.az xəbər verir ki, saçınızın sağlamlığında mühüm rol oynayan bu qida saç tellərinizin güclənməsinə və qalınlaşmasına dəstək olur. Müntəzəm olaraq yeyildikdə saç köklərini qidalandırır və saç tökülməsini azaldır. Saçınızın parlaq və canlı görünməsinə də kömək edə bilər.
Fındıqların tərkibində E vitamini, sink, selenium və omeqa-3 yağ turşuları kimi qida maddələri var. Gündə bir ovuc fındıq yemək saç sağlamlığı üçün əhəmiyyətli ola bilər. Çünki antioksidan xüsusiyyətlərə malikdir və saç köklərini qoruya bilir. Saçların uzanması və sağlamlığı üçün lazımdır. Saç follikullarının sağlamlığını dəstəkləyir. Baş dərisinin sağlamlığını qoruyur və saçın parlaqlığına töhfə verə bilər.
Fındığın FAYDALARI
Fındığın faydaları çoxdur. Sağlam yağlar, zülallar, liflər, vitaminlər və minerallarla zəngin qidadır. Fındıq ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini aşağı salır, xolesterin səviyyəsini tarazlaşdırır və ürək xəstəlikləri riskini azaldır.
Bundan əlavə, antioksidan xüsusiyyətləri sayəsində bədəni qoruyur. Fındıq həzm sistemini tənzimləyir, çəki idarə etməyə kömək edir və sümük sağlamlığını dəstəkləyir. Bundan əlavə, tərkibindəki E vitamini dərinin gənc və sağlam qalmasına kömək edir. Bütün bu faydaları ilə fındıq müntəzəm yeyildikdə balanslaşdırılmış qidalanma proqramının mühüm bir hissəsi ola bilər.
Aygün
Medicina.az