Nənə və nəvə marketdən alınan qarpızdan zəhərlənib öldü

  • 14 Sen 2021 15:16
  • 631 Baxış
Nənə və nəvə marketdən alınan qarpızdan zəhərlənib öldü


Moskvada nənə və nəvə marketdən aldıqları qarpızı yeyərək zəhərləniblər. 61 yaşlı nənə və 15 yaşlı nəvəni ağır vəziyyətdə qonşuları xəstəxanaya çatdırıb. Lakin onları xilas etmək mümkün olmayıb

Medicina.az xəbər verir ki, tibbi ekspertiza zamanı onların qanında etipenqlikoliy maddəsi tapılıb. Bu barədə “İzvestiya” məlumat verib.

Ölüm səbəbi daxili orqanların sıradan çıxması qeyd edilib.

Qarpızdan yeyən digər ailə üzvləri və qonşular da zəhərlənib.

Digər versiya kimi evlərə verilən su da müayinə edilir.