Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroloji uşaqların reabilitasiyası - Doğrular, yanlışlar - Video

  • 2025.06.25 16:31
  • 82 Baxış
Nevroloji uşaqların reabilitasiyası  - Doğrular, yanlışlar - Video



Tibbi reabilitasiyaya bu gün ən çox ehtiyac duyan pasiyentlər uşaq pasiyentlərdir.

"Medicina" xəbər verir ki, bu yöndə valideynlər də diqqətli olmalı, vaxtında düzgün həkim, mərkəz, müalicə planı seçməlidir.

Nevralgiya və ya ortopediya sahəsində genetik sindromlar, anadangəlmə inkişaf pozğunluqları və ya qazanılmış pozğunluqları olan uşaqlar effektiv reabilitasiya ilə xeyli düzələ bilər. Uşağın orqanizmi böyüyür və inkişaf edir ki, bu da müalicə üsullarının seçimində özünü göstərir. Uşaq reabilitasiya mərkəzlərində müalicəyə kompleks yanaşma tətbiq olunur.

Əlil uşaqlar üçün reabilitasiya prosesi fasiləsiz həyata keçirilir, onun əsas məqsədləri mövcud funksional pozğunluqların nəticələrini azaltmaq, uşağın bacarıqlarını inkişaf etdirmək və həyatını yaxşılaşdırmaqdır. Serebral iflicli uşaqlar müalicəvi gimnastika kursu keçir, trenajorlarda əzələləri
formalaşdırmağa və gücləndirməyə imkan verən xüsusi məşqlər edir.
Eləcə də müasir əzələ sinir bərpaedici aparat, cihaz və prosedurlardan keçirlər.

Sizi Rəhimə Atəş Fiziooterapiya mərkəzində Uşaq reabilitasıyası bölməsində bir günlə tanış edirik.

Ətraflı videoda: