Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroz uşaqlar necə olur? – Əlamətlər, növlər

  • 2023.07.28 10:36
  • 4516 Baxış
Nevroz uşaqlar necə olur?  – Əlamətlər, növlər
Nevroz uşaqlarda da rast gəlinən nevroloji problemdir. Onun bir neçə növü var.



“Medicina” xəbər verir ki, nevroloq Röyanə Quluzadənin sözlərinə görə, bunlardan biri “fobik” nevrozdur, yəni qorxu nevrozudur.


“Bu zaman uşaq hər şeydən qorxur, qaranlıqdan, səsdən, tək qalmaqdan, bir otaqdan başqa otağa keçməkdən, yaxud da kim isə yüksək səslə danışmağından və.s vəziyyətlərdə uşaq böyük qorxu keçirdir. Hətta bəzən əllərində əsmələr, ağlama, özünə qapanma, anaya sığınma, anaya bağlılıq kimi əlamətlər ola bilər.

Digər nevroz 12 – 13 yaşından başlayan obssesif – kampulsif nevrozudur. Bu zaman uşaq daha çox nəyə bağlılıq nümayiş etdirir. Məsələn,mikrob qorxusu ilə tez – tez əl yumaq, tez – tez çimmək, öz əşyalarından başqasının istifadəsinə razı olmur. Yaxud da otağında səliqə yaradır.

Bütün əşyaları sırayla düzür və heç kəsə əl vurmağa qoymur. Əgər otaqda bu düzülüş pozuıarsa, uşaq möhkəm əsəb, həyəcan və stress keçirdir.

İsterik nevrozda uşaqlar hər şeyə kəskin reaksiya verə bilərlər. Adi bir sözdə özündən tez çıxır, əsəbləşir. Hətta bu hallar auta aqressiyaya da səbəb ola bilər. Bu zaman isə özündən çixib əsəbləşən zaman uşaq özünə xəsarət yetirə bilər. Hətta öz – özünü və ya valideyinlərini dişləyə bilər.

Belə nevrozların simptomları artıq formalaşmış hesab edilir. Bu uşaqlar böyüdükdə belə nevrozlar qala bilər və ciddi fəsadlar yarada bilər”.

Günay Quluzadə