Nəyə görə asiyalılar koronavirusu yüngül keçirdi? - ALİMLƏR

  • 2020.06.01 15:04
  • 1944 Baxış
Nəyə görə asiyalılar koronavirusu yüngül keçirdi?   - ALİMLƏR

Asiya ölkələrində koronavirusdan ölüm nisbəti dünyanın başqa hissələrində yerləşən dövlətlərlə müqayisədə azdır.

Medicina.az xəbər verir ki, yaponiyalı professor və epidemioloq Kentaro İvata sözlərinə görə, həmin fakta səbəb genetik xüsusiyyətlər və insanların immun sistemi ola bilər.

Asiyalıların genetik xüsusiyyətləri onlara virusun öhdəsindən asanlıqla gəlməyə kömək edir. Eyni zamanda, qitə sakinləri başqa viruslara yoluxaraq və vərəm əleyhinə peyvənd olunaraq orqanizmlərində immunitet formalaşdırıblar.

Mütəxəssis qeyd edib ki, asiyalıların piylənmə, tromblaşma və yüksək təzyiq problemi azdır. Bunlar orqanizmin virusa qarşı həssaslığını azaldır.