Nəyə görə badamı isladıb yeməlisiz – FAYDALARI

  • 24 Noy 2020 18:30
  • 1032 Baxış
Nəyə görə badamı isladıb yeməlisiz  – FAYDALARI

Ekspertlər badamı islatdıqdan sonra yeməyin daha faydalı olduğunu bildirib. İsladılmış badamdan qidalı maddələr daha çox mənimsənilir.


Medicina.az xəbər verir ki, badam E vitamini, yağ turşuları, Omeqa 3, zülalla zəngindir.

Badam sümükləri möhkəmləndirir, qanda şəkəri salır.

Su hopmuş badamın qabığı tez soyulur, qabıqda isə tanin adlı maddə var ki, o badamdan faydalı vitaminlərin orqanizmə keçməsinin qarşısını alır.

İslanmış badamın faydaları:

- Həzmi yaxşılaşdırır
- Piyləri yandırır
- Ürəyi qüvvətləndirir
- Pis xolesterini azaldır
- Qocalma və iltihaba qarşıdır
- B 17 vitamini ilə zəngindir, bu da xərçəngə qarşıdır


Bir ovuc badamı bir stəkan suda isladıb, ağzını örtüb, 8 saat saxlayın.
islanmış badamın nazik qabğını soyub, sonra yeyin