Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə əncir uzunömürlülük meyvəsi hesab edilir?

  • 2023.10.12 20:43
  • 1983 Baxış
Nəyə görə əncir uzunömürlülük meyvəsi hesab edilir?

Əncir Bakının simvoludur. Əncir və qurusu əksər xalq təbabəti reseptlərində var.

“Medicina” xəbər verir ki, əncir barədə dini kitablarda yazılıb.

Adəm və Həvvanın altında dayandığı ağac əncir olub.

Müasir elm də sübut edib ki, əncir A, B, C vitaminləri və kalsium, kaliy, maqniy, marqans, sinklə zəngindir.
Təzə və quru əncir güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur.

Əncirin faydası:

- Həzm sistemi

Qəbizliyin qədimdən çarəsi hesab edilir. Çünki əncirdə çox lif və prebiotiklər var. Əncir yemək bağırsaqda iltihabı azaldır. Hamilələrə, yaşlı insanlara xüsusilə vacibdir.

- Təzyiq problemi

Xroniki təzyiq xəstəliyinin bir səbəbi də bədəndə natriumun çox, kaliumun az olmasıdır. Əncir bu disbalansı düzəldir, təzyiqi normallaşdırır.

Aygün Musayeva