Nəyə görə təzyiqi ayaqdan da ölçmək lazımdır? - SƏBƏB - VİDEO

  • 14 Yan 2022 14:11
  • 1048 Baxış
Nəyə görə təzyiqi ayaqdan da ölçmək lazımdır? -  SƏBƏB -  VİDEO
Hamı təzyiqi qoldan ölçməyi bilir. Əslində bəli təzyiq qolda ölçülür və ürəyin vəziyyəti qiymətləndirilir. Amma bəzi xəstəliklərdə fleboloqlar ayaqdan da təzyiqi ölçür. Ayaqdan təzyiq niyə ölçülür, nəyə görə vacibdir.

Medicina.az xəbər verir ki, rusiyalı fleboloq Maksim Abasov ayaqdan təzyiqin nəyi göstərdiyini açıqlayıb.

“Ayaqda təzyiqi ev şəraitində də ölçmək olar. Birincisi, bu metodla ürək-damar xəstəliklərinin riskini qiymətləndirməyə imkan verir. Çox zaman xəstə adamalarda yuxarı ətraflarda qan normal dövr etsə də, ayaqlara qan getmir. Damarlarda ateroskleroz olur.

Belə halda, ayaqlarda qanqrena ola bilər. Bu müayinə kardioloqlar, fleboloqlar, endokrinoloqlar üçün vacibdir. Ayaqdan təzyiq ürək xəstələri, infarct, insult olmuş və bu riski daşıyan insanlar, şəkərli diabetlər üçün vacibdir.

Birincisi adi qaydada hər iki qoldan təzyiq ölçülür, sonra ayaqda eyni qayda ilə. Hər iki ölçmədə yuxarı-aşağı göstəriciləri müqayisə edirik. Yuxarıda fərqli, ayaqda başqa rəqəmlərdirsə, bu ciddi problemdən xəbər verir. Ayaqda alınan birinci yüksək rəqəmi bölürük qolda alınan rəqəmə bölürük.


Məsələn, qolda yuxarı birinci rəqəm 120-, ayaqda 115-dirsə, 120ni 115-bölüb indeks alırıq. Normada indeks 0,9-1,2 arası olmalıdır. Əgər 0,9-dan aşağı rəqəmdirsə, məsələn. 0,4-0,3-dürsə o deməkdir ki, ayağa, dabana qan tamamilə getmir”.

Ayaqdan təzyiqi necə ölçürlər?