Eyni filmə və ya seriala təkrar-təkrar baxmaq sadəcə vərdiş deyil. Bu davranış insanda təhlükəsizlik, tanışlıq və emosional rahatlıq ehtiyacını təmin edə bilər.
Medicina.az xəbər verir ki, araşdırmalara əsasən, tanış film beynin daha az səy göstərməsinə səbəb olur. İnsan hadisələrin necə inkişaf edəcəyini bildiyi üçün diqqətini personajlara, yumora və emosiyalara yönəldə bilir.
Mütəxəssislər bildirirlər ki, xüsusilə yorucu və stresli gündən sonra insanların tanış filmlərə üstünlük verməsi zehni rahatlamağa kömək edə bilər. Tanış personajlar və hekayələr həmçinin tənhalıq hissini azaltmaq və əhvalı yaxşılaşdırmaq baxımından təsir göstərə bilər.
Lakin insan davamlı olaraq filmlərə sığınır və real həyatda ünsiyyətdən və çətin vəziyyətlərdən qaçmağa başlayırsa, bu davranışa diqqət yetirmək lazımdır.
Xanım,
Medicina.az