Ömrü boyu dəmir kamerada yaşayan kişi öldü

  • 2024.03.14 16:48
  • 1957 Baxış
Ömrü boyu dəmir kamerada yaşayan kişi öldü

ABŞ-da uşaqlıqdan barokamerada yaşayan, dəmir ağciyərlərlə nəfəs alan Piol Aleksander 78 yaşında vəfat etdi.


“Medicina” xəbər verir ki, 72 il dəmir içində yaşaması ilə Rekordlar kitabına düşən, haqqında kitab və film çəkilən Aleksanderin ağciyərləri poliomielitdən iflic olub.


Həkimlər uşağın tezliklə öləcəyini desə də,o, dəmir barokamerada yaşadı, hüquq təhsili aldı, oxudu və hətta onlayn işlədi.


Ailəsi onun bu kapsulda yaşaması üçün hər şey etdi və Pol dostlarından belə daha uzun ömür sürdü.


Hermetik kapsul ağciyərləri özü genişləndirir və oksigeni ötürür. Qalan orqanlar da bunun sayəsində normal fəaliyyət göstərir.


Aygün M