Orqanizmə faydalı kababı necə bişirməli?

  • 2024.04.19 15:44
  • 757 Baxış
Orqanizmə faydalı kababı necə bişirməli?

Kabab bişirmək əti şişə çəkib, qızardıb yemək deyil. Ona ciddi yanaşmaq lazımdır.


Çünki kabab son illər bədənə zərər vuran qidalar siyahısına daxil edilib.


“Medicina” xəbər verir ki, qastroenteroloq Andrey Farder düzgün kabab bişirməyin sirlərini bölüşüb:


“Basdırma, marinad etmək, ətin saxlanma müddətini 24 saata qədər azaldır. Mütləq təzə ət seçin, toyuq, hinduşkanın dərisini soyun.
Ətin strukturu sıx, bərk olmamalıdır.


Əgər ətdə artıq nəm, su varsa, keyfiyyətsiz olmasını göstərir.
Kababı 2-4 dərəcə temperaturda saxlayırlar.

Sadəcə ət özü 36 saat saxlanılır, ədviyyat,əlavələr edilibsə, 24 saata düşür.
Marinad üçün sadəcə soğan, duz və ya üzüm sirkəsi yetərlidir.


Məhz bu maddələr kömürdə qızaran ətdə yaranacaq kanserogen maddələrin qarşısını alır.

Ən faydalı kabab balıq kababıdır.


Hər gün kabab yemək olmaz. Kabab kömürdən 15 sm yuxarıda olmalıdır. Kömürdən yanmış yerləri yeməyin”.


Aygün Musayeva