Oruc tutmaq xərçəng hüceyrələrini öldürürmü?

  • 2023.04.19 15:12
  • 3147 Baxış
Oruc tutmaq xərçəng hüceyrələrini öldürürmü?
Yaxın Şərq xərçəng xəstələrinin sayının ən az olduğu ərazidir. Bunun bir səbəbi orucluq ola bilər. Məsələ ondadır ki, müsəlmanlar 12 ayın bir ayını oruc tuturlar.

“Medicina” xəbər verir ki, müsəlmanlar orucu gün çıxmamışdan öncə tutub, gün batandan sora açırlar.
Mütəxəssilər bunu interval aclıqla bir tutur.
Oruc vaxtı ac qalmaq xərçəngə tutulmanın qarşısını alır.

Müsəlmanlar bu xəstəliyə xərçəng deyil, bədən hüceyrələrindən bir neçə dəfə çox enerji alan heyvan deyirlər. Çoxalır və çoxalır (metastazlar), sonra bədənin bütün enerjisini tükədir, bundan sonra ölümcül nəticə baş verir. Bu heyvanı yeməkdən məhrum etdikdə o zəifləyir və yox olur.

Əlcəzair Universitetinin professorları deyirlər ki, xərçəng 3 gündən bir aya qədər oruc tutduqda hətta başlanğıc mərhələdə ölür. Ac qalmaq, heç nə yeməmək və yalnız təmiz su içmək deməkdir. İnsandan təbii yolla bərk qara nəcis çıxan kimi bu xəstəliyin bitdiyi hesab olunur.

Alimlərin fikrincə, bu təcrübə insanlara öz çəkisini normal saxlamağa və şəkərli diabet, xərçəng, Alsheymer, eləcə də ürək-damar sistemi xəstəliklərinin inkişafına müqavimət göstərməyə imkan verəcək.

Belə bir müalicəvi təsir, yeməkdən müvəqqəti imtinanın bədənin stresə daha təsirli cavab verməsi, iltihabi prosesləri dayandırması, şişləri "qidalanma"dan məhrum etməsi və zədələnmiş hüceyrə elementlərinin aradan qaldırılmasını sürətləndirməsi ilə əlaqədardır.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, gündə üç dəfə yemək sistemi təkamül baxımından anormaldır. Belə ki, müstəqil olaraq özlərinə qida əldə edən əcdadlarımızın qida rasionu qeyri-müntəzəm olub. Bu da sağlamlığın açarıdır.

Günay Quluzadə