Otaqla bu bitkiləri saxlamaq təhlükədir – Zəhərləyir

  • 2023.04.20 17:49
  • 2289 Baxış
Otaqla bu bitkiləri saxlamaq  təhlükədir  – Zəhərləyir
Aloe və sağlamlığınızı məhv edə biləcək digər 6 otaq bitkisi sağlamlığımıza zərərli ola bilər.

“Medicina” xəbər verir ki, evinizə hansı bitkilər qoyduğunuza diqqət yetirməlisiz. Zərərsiz gözəl çiçəklər zəhərli ola bilər.

Tibb elmləri namizədi Yekaterina Kasuxun sözlərinə görə, otaq bitkiləri yalnız evi bəzəmir, havanı oksigenlə doyurur.

Onların bəziləri dərmandır, immunitet sistemini gücləndirmək, yaraları sağaltmaq, dəri xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilə bilər. Amma elələri var ki, insana zərər yetirə bilər.


Ən məşhur otaq bitkilərindən biri filodendrondur. Baxımı asanddır, şirəsi çox zəhərlidir və dəri ilə təmasda olsa dermatitə səbəb olur. Filodendron yarpaqlarını yesəniz, xoşagəlməz simptomlar görünə bilər: ağızda və boğazda yanma, ürəkbulanma, qusma, qarın ağrısı, ishal.

Spatiflium və ya "qadın xoşbəxtliyi" bitkisi - havanı tozdan və zərərli buxarlardan mükəmməl təmizləyir. Ağ çiçəkli bitki ilə ehtiyatlı olmaq lazımdır. Onun tərkibində insanlar üçün zəhərli olan kalsium oksalat var. Əgər təsadüfən bu bitkinin hər hansı bir hissəsini yeyirsinizsə, ağız və yemək borusunun selikli qişası iltihablana bilər. Sonra qarında dözülməz kəsici ağrılar, ürəkbulanma, qusma, ishal olacaq.

Xalq arasında "fil qulaqları" və ya "mələk qanadları" kimi tanınan Kaladium parlaq qırmızı və çəhrayı ürək formalı yarpaqları olan bitkidir. Bununla belə, tərkibində selikli qişaların yanmasına və şişməsinə səbəb olan kalsium oksalatları da var. Kaladiumun yarpaqlarını, gövdələrini və ya çiçəklərini yemək tənəffüs yollarının tam tıxanmasına və nəticədə ölümə səbəb olur.

Epipremnum gözəl yarpaqları var - tünd yaşıl, qızılı zolaqlar və ləkələrlə örtülüdür. Bununla belə şirəsi zəhərlidir: şiddətli yanıqlara səbəb olur və ağızda şişlik, qusma, şiddətli qarın krampları və ishala səbəb ola bilər.

Aloe ənənəvi olaraq dərman bitkisi hesab olunur: sızanaq, sədəf və yanıqların müalicəsində istifadə olunur. Sovet dövründə, həşərat dişləmələrinə aloe şirəsi vurulurdu. Aloe şirəsi xərçəng xəstələri tərəfindən qəbul edilməməlidir. Hamilələrə də qəti qadağandır.

Zanbaqlar otaqları bəzəyən gözəl çiçəklərdir. Eyni zamanda, bitki baş ağrısı, başgicəllənmə və huşunu itirməyə səbəb ola biləcək çox güclü bir ətir yayır.

Fikus mənzillərdə və evlərdə mübahisəli “qonaq”dır. Onun suyu çox zəhərlidir və dermatitə səbəb ola bilər. Və yeyilmiş yarpağı mədə-bağırsaq traktının bütün problemlərinə səbəb ola bilər: qusma, ishal baş verir.

Bitkinin şirəsi hələ də dəridədirsə, dərhal sabun və su ilə yuyulmalıdır. Bundan əlavə, dəri spirt və ya antiseptik ilə silinə bilər. Əgər bitkinin bir hissəsi dırnaqların altına girərsə, hərtərəfli fırçalanmalıdır.

Günay Quluzadə