Ötən ay zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin sayı

  • 2023.11.02 12:32
  • 1188 Baxış
Ötən ay zəhərlənmə ilə xəstəxanaya  müraciət edənlərin sayı
Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən Medicina.az -a verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub. Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.


Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.