Oturmaqdansa yatmaq ürək üçün daha faydalıdır – ALİMLƏR

  • 2023.12.18 16:28
  • 973 Baxış
Oturmaqdansa yatmaq ürək üçün daha faydalıdır  – ALİMLƏR

Oturmaq, oturaq iş, hətta istirahət insan orqanizminə çox zərərlidir.

“Medicina” xəbər verir ki, London universitetinin alimləri meta tədqiqatın nəticəsində bu qərara gəliblər.

Onlar müxtəlif davranış və hərəkətlərin ürəyin işinə sutka ərzində təsirini öyrəniblər.

Onlar 6 tədqiqatı və 15 min insanı təhlil ediblər.

İştirakçılar baldırda 24 saat aktiv olan xüsusi cihaz gəzdiriblər.

Məlum olub ki, gün ərzində normal aktivlik ürəyə daha yaxşı təsir edir.

Onun ardıyca ayaq üstə iş görmək, ayaq üstdə dayanmaq və yatmaq gəlir. Ən uyğunsuz və zərərli hərəkət oturub nəsə etmək və oturaraq hərəkətsiz qalmaqdır.

Daha sonra alimlər bir hərəkətini növbəti gün dəyişdiikdə nələrin baş verdiyini təhlil edib. Belə ki, oturmağı hətta uzanmağa və ayaq üstdə dayanmağa dəyişmək ürəyin işinə yaxşı təsir edir.

Beləliklə, alimlər oturmağı ən zərərli hərəkət, vərdiş hesab edib, ondansa uzanın.

Aygün