"Özəl xəstəxanalarda koronavirus testinin qiymətinə müdaxilə etmirik" - TƏBİB

  • 2020.07.31 15:41
  • 2474 Baxış
"Özəl xəstəxanalarda koronavirus testinin qiymətinə müdaxilə etmirik"  - TƏBİB
“İndiyədək dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

“Başqa müəssisələrin testlərinin qiymətlərinə heç bir halda müdaxilə etmirik. Onlar qiyməti özləri müəyyənləşdirir”, - deyə Y. Qarayeva əlavə edib. /apa/