Pandemiyanın sürəti artır, vəziyyət ürəkaçan deyil – Hande Harmançı

  • 2020.06.25 17:27
  • 2778 Baxış
Pandemiyanın sürəti artır, vəziyyət ürəkaçan deyil  – Hande Harmançı

Bu gün dünyada təəssüf ki, koronavirus pandemiyası sürətlənib, güclənib. Ümumi yoluxanların ilk 100.000-ə çatması üçün pandemiyanın əvvəlində 2 ay vaxt lazım oldu. İndi isə bir sutkada 180 min yoluxma var.


Medicina.az xəbər verir ki, bunu ÜST Azərbaycan rəhbəri Hande Harmançı brifinqdə bildirib.


“Avropada vəziyyət yaxşılığa doğru gedir, amma qlobal vəziyyət ürəkaçan deyil. Yoluxanların 21%i tibb işçisi. Vəfat edənlərin 94%-I yaşı 65-dən yuxarı olanlardır.


Peyvəndə gəldikdə, ÜST 10 peyvəndin kliniki sınağı üzərində iş aparır. Bir peyvəndin kliniki sınağı bitir. Digər yaxşı bir xəbər, ağır koronavirus xəstələrinin müalicəsində deksametazon dərmanının ölüm faizini azaltmasının sübut edilməsidir”.