Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemya dövründə pulsuz psixoloji yardım - Bu nömrəyə zəng edin

  • 2020.04.25 19:31
  • 9536 Baxış
Pandemya dövründə pulsuz psixoloji yardım  - Bu nömrəyə zəng edin

Ölkəmizdə mövcud pandemiya və karantin səbəbindən insanların psixoloji durumlarını nəzərə alaraq, FHN-nin “112” və Təhsil Nazirliyinin “146” qaynar xətlərinin nəzdində psixoloji xidmət mərkəzi yaradılıb. FHN bu işə 12 psixoloq cəlb edib və onlar 24 saat ərzində vətəndaşlara pulsuz xidmət göstərirlər.


FHN-nin “112” qaynar xəttinə gələn bütün zənglər çeşidlənir, sırf psixoloji xidmətlə bağlı zənglər isə digər otaqdakı psixoloqlara ötürülür. Psixoloqlar isə gələn zəngləri daha sakit şəraitdə qəbul edirlər.

Medicina.az xəbər verir ki, karantin və epidemiya ilə bağlı psixoloji problem və depressiv hal yaşayırsızsa, ən çətin anınızda bu nömrələrə zəng edə bilərsiz: 112 və 146