Pəhriz saxlayanları ac qalmaqdan xilas edən qidalar - Yatmazdan əvvəl yeyə bilərsiniz...

  • 2024.04.23 18:08
  • 793 Baxış
Pəhriz saxlayanları ac qalmaqdan xilas edən qidalar -  Yatmazdan əvvəl yeyə bilərsiniz...
Arıqlamaq cəhdləri bir çox insanın sağlamlığına mənfi təsir göstərə bilir. Xüsusilə axşam yeməyinə laqeyd yanaşmaq narahatlıqlara səbəb olur. Bəzi mütəxəssislər axşam yeməyin həm faydalı, həm də zəruri olduğunu bildirirlər.

Ancaq mədədə ağırlıq hissinin yaranmaması, yuxu keyfiyyətinin azalmaması və çəki artımının qarşısını almaq üçün axşam yeməyini düzgün seçmək vacibdir. Əlbəttə ki, burada məqbul porsiya ölçülərinə də əhəmiyyət vermək lazımdır.

Medicina.az gecə saatlarında yeyilsə belə, kökəltməyən və narahatlıq yaratmayan qidaları təqdim edir:

Yumurta

Yumurta əsas amin turşularını ehtiva edən tam zülal mənbəyidir və sizi tox hiss etdirəcək. Ən yaxşı seçim qaynadılmış yumurtadır. Omlet və ya qayğanaq da yaxşı bir şam yeməyi variantıdır. Ancaq onları az miqdarda yağla bişirmək lazımdır.

Pendir və üzüm

Pendirin kiçik bir hissəsi təxminən 100 kaloridir. Amma tərkibindəki triptofan, zülal və kazein sizə çoxlu həzz və fayda gətirəcək.

Xüsusilə kazein daha tox hiss etməyinizə kömək edə bilər. Yatmazdan əvvəl qəbul edildikdə əzələ sağlamlığına faydalıdır. Melatoninlə zəngin bir neçə üzüm də yuxu üçün əhəmiyyətlidir.

Hinuşka əti

Daha doyumlu yemək axtaranlar üçün əsl triptofan və sağlam zülal mənbəyi olan hinduşka ətini tövsiyə etmək səhv olmaz. Orqanizmimiz daha asan həzm etdiyi üçün axşamlar toyuq əti yerinə bu məhsulu seçmək daha yaxşı olar.

Humus

Bu yeməyin əsasını noxud təşkil edir. B6 vitamini ilə zəngindir və serotonin sintezi üçün vacibdir.
Gecə qəlyanaltı etmək qərarına gəlsəniz, bu zəngin yeməyə ən yaxşı əlavə xiyar, balqabaq və ya yerkökü ola bilər.

Qarğıdalı

Gecə qəlyanaltı kimi konservləşdirilmiş qarğıdalı əvəzinə qaynadılmış qarğıdalı seçmək daha yaxşıdır. Bu məhsul bədəndən artıq xolesterolu çıxarmağa kömək edə bilər. Unutmayın ki, bu qəlyanaltıya çox yağ və ya duz əlavə etməməlisiniz.

Balıq

Gecə gec yemək yeyənlər üçün balıq seçmək daha yaxşıdır. Balıq tərkibindəki Omeqa-3 yağ turşuları və yağları parçalamaq qabiliyyəti ilə orqanizm üçün faydalıdır. Balıqdakı zülal maddələr mübadiləsinı sürətləndirir.


Aysel