Pendiri daha uzun saxlamaq üçün sadə üsul

  • 2026.08.01 12:32
  • 75 Baxış
Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur.

Medicina.az xəbər verir ki, pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir.

Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir. Qab soyuducuda saxlanmalı, su isə hər 24 saatdan bir dəyişdirilməlidir.

Xanım,
Medicina.az