Prezident Gəncədə modul tipli xəstəxananın açılışında

  • 2020.06.24 22:22
  • 1550 Baxış
Prezident Gəncədə modul tipli xəstəxananın açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.




AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar.



Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Bildirilib ki, eyni zamanda, yeni tibb müəssisəsinin daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək.

Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşdülər.