Psixoloq ideal öpüşün 3 sirrini açdı

  • 2023.10.13 21:10
  • 2246 Baxış
Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.

“Medicina” xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb.

“Öpüşün çoxlu fizioloji və mənəvi faydaları var.

Öpüş stresi azaldır, bu zaman sevgi hormonu oksitosin hasil olur, təşviş və sinir gərginliyini götürür, əzələləri rahatladır.
İmmuniteti yüksəldir, öpüş və seks zamanı immun sistem məşq edir.

Virus və bakteriyalara qarşı da insanı güclü edir.

Yaxşı öpüşməyi öyrənmək üçün sadəcə partnyorları dəyişib, çoxlu məşq etməyə gərək yoxdur.

İdeal öpüş üçün əsas məsləhətlər:

- Ağız boşluğunun gigiyenası ideal olmalıdır. Dişlərinizi müalicə etdirin.

- Emosional bağlılıq. Öpüş təkcə fiziki yox, emosional aktdır. Öpüş anı həmin anda olmalı, fikrinizi cəmləməli, qarşı tərəflə ruhi bağlılıq yaratmalısız.

- Müxtəliflik. Eksperimentdən qorxmayın, müxtəlif texnikaları birləşdirib, öpüşü həyəcanlı və gözlənilməz oyuna çevirin.

- Özünə əmin ol. Əgər sən əmin olsan ki, dünyada səndən yaxşı öpüşü olan yoxdur, bu fikir qarşı tərəfə də təsir edəcək.

Aygün Musayeva