Putin xərçəng xəstəliyindən əməliyyat olunacaq - Yeni iddia

  • 2022.05.01 19:16
  • 2842 Baxış
Putin xərçəng xəstəliyindən əməliyyat olunacaq  - Yeni iddia

Rusiya və Ukrayna arasında müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.

Medicina.az xəbər verir ki, Avropa xarici kəşfiyyatının əldə etdiyi məlumata görə, “xərçəng xəstəliyindən əziyyət çəkən Putin əməliyyat olunacaq.

Son zamanlar görüşlərdə sanki ağrı çəkdiiy və bədəninin müvazinətini saxlamaqda çətinlik çəkən Putinin tezliklə əməliyyat masasına yatacağı bildirilir.

Əvvəllər də parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin aprelin 2-ci yarısında əməliyyat olunmalı idi. Ancaq Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Putin əməliyyat olunmağa razılıq verməyib.