Qadağan günlərinin çörəkləri: SON AQİBƏT - Zibil qablarından görüntülər

  • 2020.06.08 16:51
  • 1268 Baxış
Qadağan günlərinin çörəkləri: SON AQİBƏT  -   Zibil qablarından görüntülər


Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək marketlərin fəaliyyət göstərməməsi qərarın qüvvəyə mindiyi gündən bir gecə öncə xoş olmayan mənzərələrə səbəb olmuşdu.

Belə ki, vətəndaşlar iki günlük çörək ehtiyaclarını qarşılamaq üçün marketlərə axın edərək özləri üçün tədarük görmüşdülər.

Medicina.az xəbər verir ki, bu gün artıq sözügedən qadağa başa çatıb. Lakin bununla da həmin 4 şəhər və rayonda acınacaqlı görüntülər ortaya çıxıb.

Vətəndaşların qadağa dövründə dava-dalaşla əldə etdiiyi çörəklərin çoxu isə gözlənildiyi kimi zibil yeşiklərinə tullanıb.

Hesab edirik ki, belə günlərdə bundan sonra hər ailəyə və ya hər alıcıya 2 çörəkdən artıq satmamaq qadağası olmalıdır.

News24.az-a istinadən fotoları təqdim edirik: