Efiopiyada 35 yaşlı bir qadın 12 illik mücadil'dən sonra hamilə qalaraq, beş sağlam uşaq dünyaya gətirib.
Medicina.az xəbər verir ki, Efiopiyadakı Hiwot Fana İxtisaslaşmış xəstəxanasında unikal bir tibbi hadisə baş verib: yerli bir qadın 12 illik sonsuzluqla mübarizədən sonra, süni mayalanma istifadə etmədənbeşəm dünyaya gətirib.
Tibb müəssisəsinin baş həkimi Məhəmməd Nur Əbdülahi bildirib ki, təbii yolla beşəm dünyaya gətirmə şansı təxminən 55 milyonda birdir. Körpələr planlaşdırılmış qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib və çəkiləri 1.3 ilə 1.4 kiloqram arasında dəyişir ki, bu da onlara sağ qalma şansı verir.
35 yaşlı Bedria etiraf edir ki, həkimlər müayinələr zamanı yalnız dörd döl görüblər, ona görə də beşinci körpənin dünyaya gəlməsi hamı üçün şok olub. Yenidoğulmuşlara Naif, Ammar, Munzir, Nazirə və Ənsar adları verilib.
Ailə təsərrüfatdan asılı olduğundan, Bedria hələ də böyük bir ailəni təmin edə bilmir, yerli icmadan və hökumətdən kömək gözləyir.
"12 il əzab içində keçirdim, insanlardan gizləndim və daim dua etdim. Yalnız bir uşaq istədim, amma Allah mənə beş uşaq verdi”.
Aygün Musayeva