Qadın poliklinikaya 750 dəfə zəng edib, həkim çağırdı

  • 2022.09.08 17:27
  • 1311 Baxış
 Qadın poliklinikaya 750 dəfə zəng edib, həkim çağırdı

Ryazan şəhərində qadın oğluna həkim çağırmaq üçün yerli poliklinikaya 750 dəfə zəng etməkdən çəkinməyib.


"Medicina" xəbər verir ki, qadın 2 saatdan çox müddətdə uşaq poliklinikasına düşmək üçün telefondan asılı qalıb.


"Uşağın qızdırması 39-a çatırdı. Səhər 8-dən zəng etməyə başladım.Düşə bilmirdim. 750 dəfə zəng etdim. Sonradan ATS-dən mənə dedilər" - deyə qadın xatırlayır.

Həkimlər bildirib ki, təcili hallarda təcili yardıma zəng edin, poliklinikaya deyil.

Aygün Musayeva