Kartofun qlikemik indeksi çox yüksəkdir və qan şəkərinin səviyyəsini istənilən şirniyyat qədər kəskin şəkildə artıra bilir.
kartofa sevginin insanın sağlamlığına mənfi təsir göstərdiyini xəbərdar edib.
Aqressiv istilikdə bişirilən və ya püre halında olan kartof xüsusilə zərərlidir.
Qızardılmış kartof və kartof püresi yedikdən sonra qan şəkərinin kəskin şəkildə artdığı sübut edilib. Dietoloq Muxina bildirib ki, bu cür kartof qan şəkərinin səviyyəsini şirniyyatlara bənzər şəkildə qaldırır:
"Əgər qlükozanın qlikemik indeksi 100-dürsə, qızardılmış kartofun qlikemik indeksi 95, kartof püresinin qlikemik indeksi 90, kartof çipslərinin isə qlikemik indeksi 80-dir. Bu o deməkdir ki, kartof qanda qlükoza səviyyəsini demək olar ki, şəkər qədər tez qaldırır".
Muxina vurğulayıb ki, əgər insan gündəlik və çox miqdarda emal olunmuş kartof yeyirsə, diabet xəstəliyinə tutulma riski çox əhəmiyyətli ola bilər. Həkimin sözlərinə görə, kartof kifayət qədər yüksək kalorili qidadır və idman və ya intensiv fiziki fəaliyyət olmadan istehlak edilən karbohidratlar yağ kimi saxlanılacaq.
Həkim qeyd edib ki, kartof nişastanın zəngin mənbəyidir və bu, tiroid sağlamlığının qorunması üçün vacib olan yodun udulmasına mane olur.
Dietoloqun sözlərinə görə, bu, onların istehlakını minimuma endirmək üçün başqa bir səbəbdir.
Aygün Musayeva