Qadın və kişilər üçün “qızıl boşqabın” - sirri

  • 2023.12.25 18:01
  • 674 Baxış
Qadın və kişilər üçün “qızıl boşqabın”    -  sirri

“Qızıl boşqab” qaydasına əməl etmək impulsiv qidalanma və kökəlmədən qoruyan əsas qaydadır.


“Medicina” xəbər verir ki, dietoloq İnna Piçuqina bayram günlərində “qızıl boşqab” qaydasını unutmamağa çağırıb.


O, qadın və kişilər üçün qaydanı açıqlayıb.

“Yeni il gecəsi naharında boşqabı faydalı karbohidrat, zülal və liflə zənginləşdirmək lazımdır.


Qadınlar üçün boşqab diametri 21 sm, kişilər üçün 24 sm olmalıdır. Vizual olaraq boşqabı 3 yerə bölün: 25% hissə qarnir –düyü, kartof, mərci, qarabaşaq, tam taxıldan çörək, 25% zülal - ət, balıq, toyuq və ya yumurta. Qalan hissəyə təzə tərəvəz, göyərti yığın: cəfəri, ispanaq, kahı, bibər, xiyar, pomidor və s.

Desertə də faydalı, çox yağlı və şirin olmayan təbii şirniyyatlar seçin.

Yeni il süfrəsində bütün yeməkləri eyni anda dadmayın, mütləq fasilələr verin.
Bu gecədə də suyu unutmayın.

Yaxşı olar ki, yedikdən sonra gəzişəsiz, rəqs edəsiz. Çünki qan dövranı durğun olmamalıdır”.


Aygün Musayeva