Qadının beynindən 8 santimetrlik qurd çıxarıldı

  • 2026.04.20 19:47
  • 122 Baxış
Qadının beynindən 8 santimetrlik    qurd çıxarıldı

Çinin Quanqdonq əyalətindən olan bir qadın xəstəliyi ilə həkimləri çaşdırdı.


Medicina.az xəbər verir ki, qadın qollarında, ayaqlarında və baş dərisində uyuşma, eləcə də ara-sıra üşütmədən şikayətləndi.

Həkimlər əvvəlcə bu simptomların səbəbini müəyyən edə bilməsələr də, nevroloq daha sonra müayinə zamanı 61 yaşlı qadının beynində tunel kimi bir iz gördü. Bu iz uğurla çıxarılan 8 santimetrlik parazit qurdun izi idi. Xəstənin vəziyyəti dərhal yaxşılaşdı.


Qadın izah etdi ki, tez-tez dağ bulağından qaynadılmamış su içdiyi üçün parazitə asanlıqla yoluxa bilərdi. Bundan əlavə, uşaqlıqdan bəri qadın diş ağrıları ilə qəribə və təhlükəli bir üsulla mübarizə aparırdı: ağrıyan dişinə qurbağa ayağı qoyurdu.


Aygün Musayeva