Qadınların ən erogen zonaları – Birinci yerdə beyin...

  • 2023.07.24 23:29
  • 1728 Baxış
Qadınların ən erogen zonaları  – Birinci yerdə beyin...
Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur.




“Medicina” xəbər verir ki, kişilər üçün qadınların erogen zonalarını bilməsi vacibdir.


Beyin - Bu hər bir qadının ən vacib erogen zonasıdır. Təəccüblü deyil ki, “başım ağrıyır” bəhanəsi əslində cinsi əlaqəyə istəyin olmaması anlamında işlədilir. Əslində problem bir o qədər də baş ağrısı deyil, qadının beynində oturan digər problemlərdir - özünü pis hiss etmək, kədərli əhval-ruhiyyə, yorğunluq, uşaqlara qayğı, inamsızlıq.


Bütün bunlar intim həyəcanın olmamasına gətirib çıxarır. Buna görə qadını rahatlaşdırmaq, ona müsbət emosiyalar vermək vacibdir ki, kişi ilə emosional yaxınlıq yaransın.

Belə bir vəziyyətdə isti vanna, rahatlaşdırıcı masaj, romantik şam yeməyi kömək edəcək. Qadın üçün həvəs birinci başda oyanır.

Gözlər - Qadınlar da kişilər kimi gözləri ilə sevirlər. Şüuraltı olaraq bir qadın sizin əhvalınızı oxuyur, buna görə də onun gözlərinə diqqət yetirməyə çalışın. Göz təmasını qoruyun, dodaqlarınızla üzünüzə və bəzən də göz qapaqlarınıza toxunun, bədənin bu hissəsi öpüşlərə çox həssasdır.

Boyun - Qadının ən həssas erogen zonalarından biridir. Həm əllərin yüngül toxunuşları ilə, həm də öpüşlərlə təsir edə bilərsiniz.

Qulaqlar - qulaqların arxasındakı dəri çoxlu sinir ucları ilə zəngindir. Bu erogen zonaya toxunun, nəfəsinizlə stimullaşdırın - bütün bunlar partnyorunuzun cinsi potensialını üzə çıxarmağa kömək edəcək.

Dodaqlar - Statistikaya görə, uzunmüddətli münasibətlər tərəfdaşlar arasında öpüşlərin sayının azalmasına səbəb olur. Buna dəyərmi? Əlbəttə yox! Dodaqlarda öpüşmək sevgililər arasında ən həyəcanlı fəaliyyətlərdən biridir.

Biləklər - Əllər də diqqətdən kənarda qalmamalıdır. Biləyin daxili tərəfi, qadının açılmasına imkan verəcəkdir.

Qarın - Öpüşmək, sığallamaq, masaj etmək əla işləyir. Bir qadının bütün bədənində xoş hisslər təmin ediləcək.

Günay Quluzadə