Qar yemək olarmı? – Faydası, zərəri

  • 2023.12.16 16:12
  • 1203 Baxış
Qar yemək olarmı?  – Faydası, zərəri


Yəqin ki, uşaqlıqda çoxunuz qar yemisiz, hətta bəziləri qarın dadlı olduğunu deyir. Sibir xalqları isə qarı əridib istifadə də edir.

“Medicina” xəbər verir ki, Amerika alimləri yeni elmi araşdırmada bəmbəyaz qarın tərkibinin əslində zərərli olduğunu sübut edib.



“Qar dənələrində kiçik mikroskopik daşlar, duzlar, yol tozu, virus, bakteriyalar, çirk var.
Gözlə görülməyən əlavələr mikroskop altında görünür.


Ona görə qar yeyərkən duz, daşlar dişləri zədələyə, nəfəs yollarına düşə, boğazda iltihab yarada bilər.

Qar özünə yol, avtomobilı və sənaye qazları, zərərli maddələri də hopdurur. Bunlar isə orqanizmə düşdükdə, təhlükə yaradır.

Qar təmiz deyil, soyuq olsa da mikrob və bakteriyalar onda ölmür, çox rahat yaşayır.

Ona görə qarla zərərli patogenlərə, hətta heyvan bakteriyalarına yoluxmaq mümkündür.

Şəhər qarı daha təhlükəlidir, çünki orda yol tozu,qaz toksinləri və duz çox olur.

Qar vizual olaraq və qış idmanı üçün uyğundur, yeməli, içməli deyil.

Aygün