“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

  • 2022.10.05 17:29
  • 1125 Baxış
 “Qarabağ”ın rəqibi koronavirusa yoluxub


Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.

"Medicina" xəbər verir ki, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.

Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.

Aygün M