Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaraciyər və bağırsaq xərçənginə qarşı nə qədər qəhvə içmək lazımdır?

  • 2023.12.01 16:21
  • 1662 Baxış
Qaraciyər və bağırsaq xərçənginə qarşı  nə qədər qəhvə içmək lazımdır?

Artıq qəhvənin xərçəng və digər təhlükəli xəstəliklərin profilaktikasında rolu sübut olunub.

“Medicina” xəbər verir ki, həkim Denis Bannoqonun sözlərinə görə, amma bu məsələdə düzgün miqdar nəzərə alınmalıdır.

“Sutkada 2 fincan təzə dəmləmiş qəhvə sirroz riskini 2 dəfə azaldır.

Natural qəhvə güclü antioksidantdır, orqanizmdə iltihabla mübarizə aparır.

Avstraliyalı alimlər gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi riskini 40% azaltdığını sübut edib.
Mən hesab edirəm ki, qəhvə öd daşları əleyhinə, depressiyaya qarşı, eləcə də süd vəzi, prostat xərçənginə qarşı da təsir edir”.

Aygün Musayeva