Qarın və budlarda yağ - hansı daha təhlükəlidir?

  • 2023.07.04 11:10
  • 984 Baxış
Qarın və  budlarda yağ  -   hansı daha təhlükəlidir?
Həddindən artıq çox bədən yağları, harada yerləşməsindən asılı olmayaraq, hər bir qadın üçün potensial təhlükədir.


“Medicina” xəbər verir ki, omba, bud və qarındakı piylər arasında fərqlər var.


Budlarda əmələ gələn yağ, sellülit müasir dövrdə qızların daha çox dar şalvar geyindiyi üçün əmələ gələn problemlərdən biridir.


Beldə yerləşən piylərə visseral piy deyilir. Həmçinin o, daxili orqanlar arasında da toplanır və "gizli piylənməyə" səbəb olur. Baxmayaraq ki, artıq çəki yoxdur, lakin daxili orqanlar arasında gizli yağ yataqları mövcuddur.


Araşdırmalar göstərir ki, buddakı yağ beldəki yağlarla müqayısədə daha təhlükəsizdir. Elmi araşdırmalar təsdiq edir ki, aşağı hissədə olan yağ yataqları qanda şəkər və yağ turşularının normal səviyyəsini saxlamağa kömək edir, həmçinin maddələr mübadiləsini tənzimləyir. Ümumiyyətlə, budlardakı yağ təbəqəsindən tamamilə qurtulmaq mümkünsüzdür.


Beldəki yağlar isə təhlükəlidir. Həyati vacib orqanlar arasında yerləşən visseral yağ ürək xəstəliyi və şəkərli diabetin inkişaf şansını artırır.


Bundan əlavə, siz visseral piyiniz olduğunu bilmirsiniz, çünki bu növ yağ hətta zahirən arıq insanlarda da olur.. Visseral yağ tez-tez fiziki fəaliyyət olmadıqda, ciddi pəhrizlər saxlanıldıqda baş verir.


Visseral yağdan qurtulmağın ən təsirli yolu kardio məşqlərdir. Yağ yandırmaq məqsədi ilə tam məşq müddəti ən azı 60 dəqiqə olmalıdır. Piylənməni bloklamamaq üçün yağ yandırma prosesi 30-40 dəqiqəlik məşqdən sonra başlayır. Güc və interval məşqləri əlavə etməklə məşqinizi şaxələndirə bilərsiniz Məsələn, həftədə 3 gün kardio və 2 gün güc məşqləri.


Yağ yandırma prosesinə maneə törətməmək üçün məşq zamanı və sonra hər hansı karbohidratlı içkilərdən (idman içkiləri daxil olmaqla) imtina edin. Məşqdən bir saat sonra, az yağlı protein qidalarının (toyuq döşü, kəsmik 0-05% yağ) köməyi ilə gücünüzü bərpa edin.


Aynurə Məmmədova