Qarın şişkinliyi birbaşa qida ilə əlaqəlidir. Amma insanlar sadə səbəblərə inanmır. Əgər bir insan çox meyvə və ya tərəvəz yeyirsə, şəkər əvəzedicilərindən istifadə edirsə və ya bağırsaqların işinə nəzarət etmirsə baş verir.
“Meidicina” xəbər verir ki, asas səbəbləri həkim Liza Afinskaya sadalayıb.
“Bağırsaqların normal işləməsi üçün lif lazımdır.
Digər tərəfdən, həddindən artıq yemək və ya pəhriz lifi mənbələrinin kəskin artması əks təsir göstərə bilər. Bağırsaqların uyğunlaşmağa vaxtının olmaması xüsusilə soğan yeyərkən aydın görünür. Həmçinin, qida rasionunda birdən-birə çoxlu brokkoli və gül kələmi olsa, şişkinlik və qarında artım müşahidə oluna bilər.
Lifin miqdarını tədricən artırmaq və kifayət qədər su içmək vacibdir".
O əlavə edib ki, digər içkilərlə ehtiyatlı olmaq lazımdır. Məsələn, acqarına qəhvə içməməlisiniz. Və ya qara çay: gündə 1-2 litr nəcisdə problem yarada bilər.
Bəzən şişkinlik həzm sistemi xəstəliklərinin (IBS, SIBO və başqaları) və hormonal dəyişikliklərin siqnalıdır.
Bundan əlavə, kolbasa və konserv qidaları yemək çox miqdarda duz səbəbiylə mayenin tutulmasına səbəb olur. Bu şişkinliyi artırır. Belə qidalar bağırsaqlara müdaxilə edərək, zəhər və toksinlərin yığılmasına səbəb olur.
Aygün Musayeva