Qarnı üstə yatmaq təzyiqi qaldırır – Təhlükəli poza

  • 2024.03.27 19:44
  • 525 Baxış
Qarnı üstə yatmaq təzyiqi qaldırır  – Təhlükəli poza

Qarın üstə yatmaq ən zərərli vərdişlərdən biridir və insanda sağlıq problemlərinə yol açır.


“Medicina” xəbər verir ki, doktor Toni Nalda hər gün qarnı üstə yatmağın zərərlərini açıqlayıb.


“Bu pozada yuxu tam tənəffüsə, diafraqmal tənəffüsə mane olur və ürəyin işini çətinləşdirir. Nəticədə qan dövranı pozulur, təzyiq qalxır.

Zamanla bu ürək-damar problemlərinə gətirib çıxara bilər.

Eləcə də onurğa və boynunda problem, yırtıq olanlar üçün də bu poza problem yaradır: sinir sıxılması, baş ağrıları, bel ağrısı və nevroloji pozulmalara səbəb olur.


Bunu bilməlisiz ki, üzü və qarnı üstə yatmaq üz və boyunda qırışlar, boşalmalar yaradır, sürətli qocalmaya səbəb olur.


Kürəyi üstə düz yatmaq ürək və onurğa üçün zərərsiz olsa da, bu pozada dilin geri sürüşüb, tənəffüsü dayandırmaq və boğulmaq təhlükəsi də var”.


Aygün M