Qədim buzlaqda elmə məlum olmayan viruslar tapıldı

  • 24 İyl 2021 18:28
  • 447 Baxış
Qədim buzlaqda elmə məlum olmayan viruslar tapıldı


ABŞ-ın Oqayo Universitetinin alimləri Tibet buzlaqlarında 10 min il yaşı olan və canlı olaraq qalmış qədim viruslar aşkarlayıblar.

Medicina.az xəbər verir ki, Quliya buz papağının dərinliyindən götürülmüş materialda 33 virusun genetik materialı yaşayır. Bu buz layları 15 min il ərzində formalaşıb.

Bu viruslardan 28-i elmə məlum deyildi və ilk dəfə idi görülürdü.

Virusların yarısı donma sayəsində hələ də canlı qalıb. Onlar soyuq şərtlərə uyğunlaşıb və hüceyrələri ən soyuq havada belə yoluxdurmaq qabiliyyətinə malikdir.


Bu viruslar bəzi bitki və heyvanlar üçün təhlükəlidir.

Qeyd edək ki, rus alimləri Sibir ərazisində qədim insanlara yoluxan viruslar barədə də izlər tapmışdılar.

Alimlər bildirir ki, qədim əcdadlarımız da herpes və adenoviruslara yoluxurdular.